Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

ABŞ Gürcüstanda NATO təlimlərinin keçirilməsini dəstəkləyir


NATO-nun Gürcüstandakı təlimləri mayın 6-dan iyun ayının 1-dək keçiriləcək

NATO-nun Gürcüstandakı təlimləri mayın 6-dan iyun ayının 1-dək keçiriləcək

Amerika Dövlət Departamentinin nümayəndəsi Robert Vud keçiriləcək təlimlərin Şimali Atlantika Müqavilə Təşkilatı ilə Gürcüstan arasında normal münasibətlərin tərkib hissəsi olduğunu deyib. Vud bildirib ki, təlimlərin məqsədi ölkəni NATO standartlarına hazırlamaqdır.

O, bu təlimlərin Rusiyaya təhlükəsi olmadığını vurğulayıb.

Amerikalı rəsminin bu bəyanatından qabaq məlum olub ki, Rusiya ilə NATO-nun yüksək rütbəli rəsmiləri arasında mayın 7-nə nəzərdə tutulan görüş təxirə salınıb. Bundan qabaq Rusiya rəsmiləri, başda prezident Dmitri Medvedev olmaqla Gürcüstanda keçiriləcək təlimləri tənqid etmişdi.

NATO-nun Gürcüstandakı təlimləri mayın 6-dan iyun ayının 1-dək keçiriləcək, təlimlərdə 19 ölkədən 1300-ə yaxın hərbçi iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG