Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Səyyarə Heydərova 3 il şərti cəza aldı


Səyyarə Heydərova 1 il şərti cəza aldı

Səyyarə Heydərova 1 il şərti cəza aldı

Aprelin 22-də Suraxanı rayon məhkəməsində dörd vətəndaşı döyməkdə günahlandırılan Səyyarə Heydərovanın məhkəmə prosesində hakim hökm oxuyub.

Məhkəmə Səyyarə Heydərovaya 3 il şərti cəza kəsdi. Onun dörd ayının artıq cəzaçəkmə müəssisəsində keçirdiyi üçün cəza 2 il 7 ay hesablanır və bu, 1 il sınaq müddəti ilə əvəz olundu. Əgər bu cəza müddətində yenidən hansısa cinayət törətsə, 2 il 7 ay müddəti həmin törədə biləcəyi cəzanın üzərinə gələcək. Beləliklə, Səyyarə Heydərova 3 il şərti cəza aldı.

Vəkili bu qərarla razı olmadıqlarını və apellyasiya şikayəti verəcəklərini dedi.

Dörd kişini döyməkdə ittiham olunan xanım ədalətli məhkəmə tələbi ilə aclıq aksiyası keçirirdi.

Səyyarə Heydərova 2005-ci ildə «Xudu Məmmədov küçəsi -21»də ev tikilməsinə qarşı çıxıb və ittihamnaməyə görə, dörd kişini tikinti meydançasında döyüb. Döyülən dörd kişidən biri polis nəfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG