Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 19:12

Türkiyə polisi Cihad Birliyinin 37 üzvünü tutub


Türkiyə polisi İslamçı Cihad Birliyinin 37 üzvünü həbs edib. Bu məlumatı DPA NTV televiziyasına istinadla verir. Ekstremist Cihad Birliyi Əl Qaida ilə bağlıdır.
Həbslər İstanbulda və Türkiyənin cənub-şərq şəhərlərində, polisin evbəev reydləri nəticəsində baş verib.
Tutulanlardan biri özbəkdir, onu Özbəkistan hakimiyyəti axtarır.
Cihad Birliyi 2003-cü ildə İstanbulda iki sinaqoqun, Britaniya konsulluğunun və HSBC bankının binasını partlatmaqda şübhəli sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG