Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

ATƏT 2 müşahidəçisinin Cənubi Osetiyada saxlanmasını pisləyir


ATƏT bəyanat yayıb ki, onun iki müşahidəçisinin Cənubi Osetiyada tutulması “yolverilməzdir” və bu, gərginliyi yalnız artıra bilər.
Bu gün səhər Cənubi Osetiya bildirdi ki, ATƏT-in iki müşahidəçisi qeyri-qanuni olaraq Cənubi Osetiya sərhəddini keçdiyinə görə tutulub, saxlanıb.

ATƏT Gürcüstanın separtaçı regionlarının sərhədlərində monitorinqi 1990-cı illərin əvvəllərindən aparır.
Ancaq keçən avqustda Gürcüstanla Rusiyanın müharibəsindən və Cənubi Osetiyanın öz müstəqilliyini élan eləməsindən sonra Cənubi Osetiya öz ərazisində ATƏT-in monitorinqinə icazə vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG