Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:37

«Dalğa»çılar nazirliyin binası qarşısında aksiya keçiriblər


«Dalğa» Gənclər Hərəkatı aprelin 21-də Gənclər və İdman Nazirliyinin binası qarşısında səhnələşdirilmiş etiraz aksiyası keçirib. Aksiyaçılar müxtəlif idman hərəkətləri edərək, üzvlərindən biri Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən qovulmasına diqqət çəkmək istəyiblər.

Pərviz Əzimov - dava salma və müəllimlərlə kobud rəftar əsas gətirilərək sözügedən universitetdən xaric edilib.

«Dalğa» Gənclər Hərəkatının bəyanatında isə deyilir ki, Pərviz Əzimovin universitetdən qovulmasının səbəbi onun yazdığı məqalələr və ictimai fəaliyyətidir.

«Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova:

«Biz hüquqi yollarla problemi həll edə bilmədiyimizi görüb, silsiləvi aksiyalara əl atmağı düşündük. Birinci aksiyamız Gənclər və İdman Nazirliyi qarşısında idi. İdman hərəkətləri etməyimizin səbəbi o idi ki, Pərviz Əzimovun gənc olduğunu nəzərə almırsızsa, heç olmasa idmançı olduğunu nəzərə alın. Aksiyadan sonra nazirliyə press-relizi təqdim etmişik».

Gənclər və İdman Nazirliyindən «Dalğa»çılara bildiriblər ki, müraciətləri qəbul şöbəsinə göndəriləcək və qəbul vaxtını onlara çatdıracaqlar.

«Dalğa»çıların Nazirlik qarşısında aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid
XS
SM
MD
LG