Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

ABŞ Dövlət katibi İranı jurnalisti azad etməyə çağırıb


Amerika dövlət katibi Hillari Klinton İranı həbs olunmuş jurnalist Rohana Saberini təcili azadlığa buraxmağa çağırıb. Eyni çağırışı Avropa Birliyi də edib.

Həm İran, həm də ABŞ vətəndaşlığı olan Roxana Saberi aprelin 18-də 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bir qədər əvvəl İranın Ədliyyə naziri Ayətulla Mahmud Haşemi Şahrudi jurnalstin işinin «ədalətli, tərəfsiz və təcili» apelyasiya araşdırmasını təmin eləməyi tapşırmışdı.

Aprelin 19-da isə İran prezidenti Mahmud Əhmədinejat ölkəsinin ədliyyə sistemini Saberinin özünümüdafiə hüququnun yetərincə təmin olunmasına şərait yaratmağa çağırmışdı.

Rohana Saberi ABŞ-a casusluqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG