Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27

İran Ermənistana 400 milyon dollar kredit verir


İran Ermənistana iki ölkə arasındakı dəmiryol xəttinin tikintisi üçün 400 milyon dollar kredit verəcək. Ermənistan nəqliyyat naziri Qurgen Sarkisyan aprelin 20-də razılaşma imzalandığını açıqlayıb.

İran və Ermənistan arasında dəmiryol xəttinin çəkilməsi ilə bağlı razılaşma aprelin 14-də Tehranda imzalanmışdı.

500 kilometr uzunluğundakı dəmiryolunun tikintisi 5 ilə çəkə bilər və 1.5 – 1.8 milyard dollara başa gələ bilər.

Ermənistan xəttin öz payına düşən hissəni maliyyələşdirə bilmək üçün Asiya İnkişaf Bankından da kredit almaq üçün danışıqlar aparır.

Daha öncə Rusiya da bu layihənin maliyyədirilməsində maraqlı olduğunu açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG