Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

Rusiya yeni enerji siyasətini təqdim eləməyə hazırlaşır


Rusiya yeni enerji siyasətini təqdim eləməyə hazırlaşır. Rusiya Prezidenti Dmitri Medvedev aprelin 20-də Finlandiya səfəri zamanı belə deyib.

Medvedev siyasətin detalları haqda əlavə məlumat verməsə də deyib ki, yeni enerji əməkdaşlığı şərtlərini Bpyük 8-liyin, Dünyanın inkişaf eləmiş 20 ölkəsinin liderlərinə və ön qonşularına yaxın vaxtlarda təqdim eləyəcəklər.

Medvedev vurğulayıb ki, yeni enerji əməkdaşlığı şərtləri Rusiyanın əvvəllər götürdükləri öhdəlikləri istisna eləmir.

Rusiya 1991-ci ildə imzalanan Avropa enerji Xartiyasını bu günə kimi imzalamaqdan imtina eləyir. Həmin xartiyaya görə hər bir ölkə xarici şirkətlərə öz enerji bazarında ədalətli pay bölgüsünə təminat verir və neft-qaz satışında qiymətləri müəyyənləşdirərkən bazaar münasibətlərinə hörmət eləmək öhdəliyi götürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG