Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Əhmədinejat ABŞ-ın siyasətinin dəyişməsini alqışlayır


İran Vaşinqtonun Tehran siyasətinin dəyişməsindən məmnundur. İran Prezidenti Mahmud Əhmədinejat bu gün Cenevrədə belə deyib.

Əhmədinejat Obama administrasiyasının İranla bağlı siyaəsitni alqışlayıb və bunu dəyişikliklərin lazımi olduğunu vurğulayıb. Ancaq İran prezidenti əlavə eləyib ki, Tehran həm də “əməli dəyişikliklər” gözləyir.

ABŞ-ın yeni prezidenti Barak Obama hakimiyyətə gələndən Vaşinqton 30 ilə yaxın diplomatic və iqtisadi cəhətdən Tehranı təcrid eləmək siyasətini dəyişdiyini açıqlayıb.

Obama nüvə proqramıyla bağlı Tehranı birbaşa dialoqa çağırıb. İran rəsmiləri isə ötən həftə bildiriblər ki, yeni təkliflərə açıqdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG