Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27

«Sony» fotomüsabiqəsinin qalibləri bəlli oldu


Hər il keçirilən Ümumdünya «Sony» fotomüsabiqəsi (Sony World Photography Awards, SWPA) başa çatıb.

Müsabiqəyə 22 ölkədən 186 müəllif qatılıb. Qaliblər Fransanın Kann şəhərində mükafatlandırılıblar.

«İlin fotoqrafı» adına «Səhra» fotosessiyasının müəllifi amerikalı Devid Zimmerman layiq görülüb. Qalib fəxri mükafat – «Qızıl Diafraqma» (l’Iris d’Or), 25 min dollar və «Sony» fotoaparatı alıb.

Müsabiqə hər il peşəkarlar arasında 12, həvəskarlar arasında isə 8 nominasiya üzrə keçirilir.

İyunun 1-dən artıq gələn ilki müsabiqə üçün işlərin qəbulu başlayacaq. İşləri «Sony» aparatı ilə çəkmək məcburi deyil

«Sony» fotomüsabiqəsinin qalibləri:

1. Mixael van der Boqaard, Almaniya


«Şanxay – 07» adlı şəkil – «Arxitektura» nominasiyasında 1-ci yer

2. Amiran Vayt, Böyük Britaniya


«Professional musiqi» nominasiyasının qalibi. Şəkildə inkişafdan qalan uşaqlar üçün məktəbdə oxuyan 12 yaşlı pianoçu qız Preta Naravanan təsvir olunub. O, Hindistanda «toxunulmazlar» (kasıb) kastasının nümayəndəsi sayılır.

3.
Amit Madheşiya, Hindistan

«İncəsənət və əyləncələr» nominasiyasının qalibi Hindistan kinoteatrının necə bəzədildiyini göstərib.

4. Devid Zimmerman, ABŞ


«Mənzərə şəkli» nominasiyasının qalibi. Onun işi qoruq ərazisi – ABŞ-ın cənub-qərbindəki səhranın problemlərinə diqqət çəkir. Bura nadir heyvan və bitki növlərinin, həmçinin çoxsaylı tarixi və arxeoloji abidələr kompleksinin məkanıdır. Hazırda səhra çirklənmədən əziyyət çəkir.

5. Dastin Hemfri, Bali


«Reklam» nominasiyasında birinci yer «Nutopiya» işinə verilib. Şəkil çimərlik üçün geyim istehsal edən firmanın sifarişi ilə hazırlanıb.

6. Cilio di Sturko, İtaliya


«Müasir dəyərlər» nominasiyasında 1-ci yer. Onun işi daşqınlara həsr olunub. Fotoda Hindistandakı Kosi çayının məcrasından çıxması təsvir olunur. Bu yaxınlarda baş vermiş daşqın son 50 ildə ən dəhşətlisi sayılır.

7. Culian Abram Venrayt, Kanada


«İdman» nominasiyasında ən parlaq foto. Şəkildə Pekin Olimpiadasında 10 metrlik hündürlükdən suya tullanış əks olunub.

8. Liza Mariya Uilyams, Avstraliya


«Təbiət» nominasiyasının qalibi. Kenquru balası Avstraliyadakı baytarlıq xəstəxanasında müalicə olunur.

9. Pyotr Fayfer, Polşa


«Qarğaların hökmdarı» «Dəb» nominasiyasında ən yaxşı şəkil seçilib. Fotodakı paltar Yeva Demhoferin işidir.

10. Roderik Henderson, Hollandiya


«Portret» nominasiyasında birinci yer. Foto avtomobillərində möhkəm qardan gizlənən insanlara həsr olunub. Hadisə Kanadanın Böyük Kolumbiya əyalətində baş verir.

11. Tamani Beyker, Böyük Britaniya


«Səhnə fotosu» nominasiyasında birinci yer. «Vulfi ilə həyat – 2008» adlı fotosessiya. Vulfi müəllifin sevimli pişiyidir, fotosessiya isə Vulfinin sahibini sevindirdiyi «hədiyyələr» haqqındadır. Fotosessiyanın baş qəhrəmanları kiçik yırtıcının qurbanlarıdır. Müəllif onları evin müxtəlif künclərində tapırdı. Bu yolla Beyker öz sevimlisinin ovçu instinktini öyrənməyə çalışıb.

12. Voytsex Qjedzinski, Polşa


«Zəmanənin dəhşətləri» nominasiyasının qalibi. Qoridə 2008-ci ilin yayında baş verənlər polyak fotoqrafın nəzərindən yayınmayıb. Gürcü qadını rus əsgərlərin Qoriyə hücumundan sonra ağlayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG