Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02

«Müxbirin apellyasiya şikayətinin göndərilməsi yubadılır»


Ə.İbrahimli küçədən Gəncə polisinə oradan məhkəməyə aparılıb və haqqında 10 sutka azadlıqdan məhrumetmə cəzası kəsilib

Ə.İbrahimli küçədən Gəncə polisinə oradan məhkəməyə aparılıb və haqqında 10 sutka azadlıqdan məhrumetmə cəzası kəsilib

««Azadlıq» qəzetin müxbirinin apellyasiya şikayətinin Apellyasiya Məhkəməsinə göndərilməsi yubadılır». Bunu «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyib.

A.Əhmədovun sözlərinə görə, qəzetin Gəncəbasar müxbiri Ərşad İbrahimli Gəncənin Nizami Rayon Məhkəməsinin haqqında çıxardığı 10 sutka həbs qərarından apellyasiya şikayəti versə də, məhkəmə onun şikayətini Apelyasiya Məhkəməsinə göndərmir.

A.Əhmədovun sözlərinə görə, Ə.İbrahimliyə qarşı hüquq-mühafizə orqanlarının basqısı 18 mart referendumundan sonra başlayıb. «Azadlıq» qəzetində Gəncəbasar bölgəsində referendumun keçirilməsilə bağlı xəbərlər yayılandan sonra Gəncə prokurorluğu jurnalistə yazılı xəbərdarlıq edib. Prokurorluq referendumdakı qanun pozuntuları ilə bağlı informasiyaları yayarsa, jurnalistin qanunla cəzalandırılacağını bildirib.

Aprelin 16-da isə Ə.İbrahimli küçədən Gəncə polisinə oradan məhkəməyə aparılıb və haqqında 10 sutka azadlıqdan məhrumetmə cəzası kəsilib.

Məhkəmə qərarında göstərilir ki, Ə.İbrahimli küçədə qışqırıb və buna görə onu asayişə dəvət edən polisə müqavimət göstərib.

Ə.İbrahimlinin hüquqlarını aprelin 21-dən Əlayıf Həsənov müdafiə edir.

«Azadlıq» qəzeti faktla bağlı Mətbuat Şurasına müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG