Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Aprelin 22-dən temperatur yenidən aşağı düşəcək


Hidrometeoroloqların proqnozlarına görə, güclü külək axşama doğru nisbətən zəifləyəcək
Hidrometeoroloqların proqnozlarına görə, güclü külək axşama doğru nisbətən zəifləyəcək
Aprelin 20-si səhər saatlarından başlayan küləyin sürəti günorta saatlarında son bir neçə həftə üçün maksimal həddə – saniyədə 23-25 metrə çatıb. Xəbəri «Azadlıq» radiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidmətlər Bürosunun direktoru Kamran Məmmədov verib.

Hidrometeoroloqların proqnozlarına görə, güclü külək axşama doğru nisbətən zəifləyəcək və aprelin 21-i səhər saatlarında cənub-qərb küləyinə keçəcək.

Aprelin 22-dən temperaturun yenidən aşağı düşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Abşeron yarımadası və bir sıra bölgələrdə yağış yağacaq.

Milli Hidrometeoroloji Xidmətlər Bürosu hava durumunun dəyişməsilə bağlı Xəzər Dəniz Gəmiçiliyi də daxil olmaqla bütün müvafiq qurumları xəbərdar etdiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG