Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:21

İran rəsmiləri həbs olunan amerikalının hüquqlarını qorumağı tapşırıb


İranın Ədliyyə naziri Ayətulla Mahmud Haşemi Şahrudi həbs olunan amerikalı jurnalstin işinin “ədalətli, tərəfsiz və təcili” apelyasiya araşdırmasını təmin eləməyi tapşırıb.

İkili vətəndaşlığı – həm ABŞ, həm də İran vətəndaşlığı olan jurnalist Roxana Saberini aprelin 18-də Amerikanın xeyrinə casusluqda ittiham eləyib, 8 il həbs cəzası veriblər. Jurnalist isə ancaq peşə fəaliyyətiylə məşğul olduğunu deyib, iddiaları rədd eləyir.

Beynəlxalq hüquq-müdafiə təşkilatları və bir sıra xarici ölkələrin də həbsi pisləməsinin ardından, bazaar günü İran prezidenti Mahmud Əhmədinejat ölkəsinin ədliyyə sitemini Saberinin özünümüdafiə hüququnun yetərincə təmin olunmasına əmin olmaq üçün lazımi tədbirlər görməyə çağırmışdı.
XS
SM
MD
LG