Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:50

Azərbaycan - NATO arasında növbəti məsləhətləşmələr başlanıb


Aprelin 20-də Bakıda Azərbaycan Silahlı Qüvvələri və NATO arasında növbəti məsləhətləşmələrə başlanıb. Ekspertlər səviyyəsində keçirilən məsləhətləşmələr Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) və Planlaşdırma və Analiz Proqramı (PAP) çərçivəsində aparılır.

Xəbəri «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Tərəflər İPAP VƏ PAP-ın icrası, islahatların əldə edilmiş nəticələri və sürətləndirilməsi, silahlı qüvvələrə mülki nəzarət, müdafiə sektorunda şəffaflıq məsələlərini müzakirə edəcəklər. Tədbir aprelin 24-dək davam edəcək.

Azərbaycan Planlaşdırma və Analiz Proqramına 1997, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına isə 2005-ci ildən qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG