Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Meyvəçiliyə ziyan dəyib, məhsuldarlıq 25 faiz aşağı olacaq


Bu il qərb rayonlarında, xüsusən də Tovuzda əsasən şaftalı, ərik, alça, armud və gavalı ağaclarının məhsuldarlığı aşağı olacaq.

Tovuz Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanovun sözlərinə görə, son günlər Qərb bölgəsində havaların yağıntılı, hətta şaxtalı keçməsi nəticəsində meyvə ağacları çiçəklərini töküb. Bu isə məhsuldarlığa təsir edəcək. Həmçinin şaxta xurma və may almasını da bəzi yerlərdə tamamilə vurub.

Mütəxəssislərin fikrincə, meyvəçiliyə hava şəraitinin vurduğu ziyanın həcmi 25 faiz ola bilər. Meyvə bağlarının çoxu sakinlərin fərdi həyətlərindədir.
XS
SM
MD
LG