Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Ban ki Mun Qərb ölkələrini qərarına təəssüf edir


BMT baş katibi Ban ki Mun deyib ki, o, bir sıra Qərb ölkələrinin BMT-nin Cenevrədə keçirilən irqçilik əleyhinə olan konfransı boykot etməsinə təəssüf edir. Konfransda çıxış edən BMT baş katibi bildirib ki, dünya artan iqtisadi böhranın yaratdığı dözümsüzlüklə birlikdə mübarizə aparmalıdır.

ABŞ aprelin 18-i konfransa qatılmayacağını bildirib və deyib ki, buna səbəb görüşün son mətninin mübahisəli olmasıdır. Aprelin 19-u isə Avstraliya və Niderland konfransda iştirakdan boyun qaçırıblar. Daha sonra İtaliya və Almaniya bu cür niyyətlə çıxış ediblər.

İnsan haqları qurumu olan Human Rights Watch Avropa lidelərini tədbirə qatılmağa və ksenofobiya hücumlarının qarşısının necə alınması ilə bağlı fikilərini bölüşməyə çağırıb. Roma papası isə bildirib ki, bu konfrans ayrı-seçkiliklə mübarizəsə vacib imkandır.
XS
SM
MD
LG