Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Kiprin şimalında keçirilən seçkilərdə sağçılar irəlidədir


Kiprin türk icması 1983-cü ildə öz müstəqilliyini elan edib. Onun müstəqilliyini yalnız Türkiyə tanıyıb

Kiprin türk icması 1983-cü ildə öz müstəqilliyini elan edib. Onun müstəqilliyini yalnız Türkiyə tanıyıb

Kiprin şimalında-türklərə aid hissəsində aprelin 19-da keçirilən parlament seçkilərində sağçıların irəlidə olduğu bildirilir. Artıq səslərin böyük hissəsi sayılıb və Milli Birlik Partiyası 44 faiz səs yığıb. Milli Birlik Partiyasına sabiq baş nazir Dərviş Əroğlu başçılıq edir.

Hakim Türk Respublika Partiyası isə 29 faiz səsə malik olub.

Şərhçilər hesab edir ki, əgər hökumətdə dəyişiklik olsa, adanın birləşdirilməsiylə bağlı danışıqlarda sərt mövqe tutmaq üçün prezident Mehmet Əli Tələtə təzyiqlər artacaq.

Seçkidə 7 partiyadan 350 namizəd və 8 müstəqil namizəd iştirak edib.

Türkiyənin Kipr adasına hərbi müdaxiləsindən sonra türk icması 1983-cü ildə öz müstəqilliyini elan edib. Onun müstəqilliyini yalnız Türkiyə tanıyıb.

BMT-nin sabiq baş katibi Kofi Annanın münaqişənin nizamlama planına görə, adanın həm yunan, həm də türk icması vahid Kipr Federativ Respublikasında birləşməli idi. Təklif referenduma çıxarılanda türk icması bununla razılaşsa da, yunan icması etirazını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG