Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

Mirzə Şəfinin «Müdriklik açarı»nın qıfılını kim açacaq?


Mirzə Şəfi
Bir əcnəbi ona «Gəncəli ustad» dedi. Adını bütün Avropaya duyurdu. Şeirlərini almancaya çevirib bir kitabda topladı. Bu kitab satış rekordları qırdı. «Kimdən-kimdən-kimdən söz gedir?» – deyə soruşsanız, «əlbəttə Mirzə Şəfi Vazehdən və Fridrix Bodenştedtdən!» – deyəcəyik... Bu dəfə 215 yaşlı Mirzə Şəfinin izinə düşmüşük – «Gəncəli ustad»ın!..

O Mirzə Şəfinin ki adı Avropanın uzaq məmləkətlərində sayqı və heyrətlə anılır, nəğmələri neçə-neçə xalqın dilində gəzir, cismi qonşu dövlətin məzarlığında uyuyur, amma ruhu öz doğma vətənindən, öz doğma ellərindən nigarandır!.. «Nədən?» və «Niyə?» suallarını Mirzə Şəfi irsinin araşdırıcısı professor Fəxrəddin Veysəlli cavablayır.

Hannoverdə saxlanan arxiv açıldı?

  • Söhbət hansı arxivdən gedir?
  • Mirzə Şəfinin Bodenştedtə bağışladığı «Müdriklik açarı»nda nələr vardı?
  • Bodenştedtə niyə minnətdar olmalıyıq?
  • «Mirzə Şəfinin nəğmələri» niyə Avropada yayıldı və sonra nədən unuduldu?
  • Azərbaycan araşdırıcıları Almaniya arxivlərində nələrin izinə düşə bilərlər?
  • Mirzə Şəfinin hazırladığı ilk dərsliyin taleyi necə olub?
  • Bu il 215 yaşı tamam olan Mirzə Şəfi haqqında nələri bilmirik?
  • «Mirzə Şəıfi: Yozumlar və faktlar» kitabında hansı yeni bilgilər var?

Bu və başqa sualların cavablarını bilmək, birgə düşünmək və müzakirələrə qoşulmaq istəyənlər üçün bu «İZ»i dinləmək yetər.

Buna da bax:

XS
SM
MD
LG