Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

BMT-nin irqçilik əleyhinə konfransın öz işinə başlayır


Aprelin 20-i Cenevrədə BMT-nin irqçilik əleyhinə konfransının açılışı olacaq.

Bir çox Qərb ölkələri konfransa qatılmaqdan imtina ediblər. Onlar konfrasnda İsrailin tənqid olunacağından ehtiyat edirlər.

ABŞ aprelin 18-i konfransa qatılmayacağını bildirib və deyib ki, buna səbəb görüşün son mətninin mübahisəli olmasıdır. Aprelin 19-u isə Avstraliya və Niderland konfransda iştirakdan boyun qaçırıblar. Daha sonra İtaliya və Almaniya bu cür niyyətlə çıxış ediblər.

İnsan haqları qurumu olan Human Rights Watch Avropa lidelərini tədbirə qatılmağa və ksenofobiya hücumlarının qarşısının necə alınması ilə bağlı fikilərini bölüşməyə çağırıb. Roma papası isə bildirib ki, bu konfrans ayrı-seçkiliklə mübarizəsə vacib imkandır.

Konfransın açılışında İran prezidenti Mahmud Əhmədinejad çıxış edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG