Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:15

Leyla Əliyeva «Mayak»a müsahibə verib


Leyla Əliyeva «Mayak»a müsahibəsində Rusiyada yaşamasından və təhsilindən məmnun qaldığını bildirib
Leyla Əliyeva «Mayak»a müsahibəsində Rusiyada yaşamasından və təhsilindən məmnun qaldığını bildirib
Prezident İlham Əliyevin Moskvaya səfəri ərəfəsində Əliyevlər ailəsi Rusiya KİV-nin, xüsusən də hökumətyönümlü medianın diqqət mərkəzində olub.

Prezident İTAR-TASS və «Vesti» proqramlarına müsahiblərə verib. Qızı Leyla Əliyeva Rusiyada azərbaycanlı gənclər təşkilatı yaratması ilə KİV-in diqqətində olub. O da «Vesti» proqramına, atasının səfəri ərəfəsində isə «Mayak FM»ə müsahibələr verib.

Leyla Əliyeva «Mayak»a müsahibəsində Rusiyada yaşamasından və təhsilindən məmnun qaldığını bildirib. Yeni yaratdığı təşkilat çərçivəsində Azərbaycan mədəniyyətini təbliğ edəcəyini deyib.

Jurnalistlər ona zarafatla Azərbaycanının gələk prezidenti ilə danışdıqlarını deyiblər:

«- Bəs sizin qardaşınız var?
- Hə balaca qardaşım var.
- Mən də elə bilirdim gələcək prezidentlə söhbət edirəm. Oğlan var, deməli ona ötürəcəklər».

Zarafatı cavabsız qoyan Leyla Əliyeva Rusiyada azərbaycanlı gənclər təşkilatının fəaliyyət perspektivlərindən danışıb.

O, müsahibəsində ictimai və siyasi həyatda özünün rahat hiss etdiyini, hələ 10 yaşından babası ilə müxtəlif tədbirlərdə iştirak etdiyini bildirib:

«Nədənsə mənə yaşlı adamlarla ünsiyyət saxlamaq, siyasət haqqında danışmaq maraqlı gəlirdi. O vaxtdan bəri ictimai həyat mənə zövq verir, heç də belə işlərdən çəkinmirəm».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG