Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Hüquq müdafiəçiləri İranı ölkədə ayrı-seçkiliyə son qoymağa çağırıblar


Beynəlxalq hüquq müdafiəçiləri İran prezidenti Mahmud Əhmədinijadı dini və etnik azlıqlar, habelə qadınlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıblar.

Gələn həftə BMT-nin irçiliklə bağlı Cenevrədə keçiriləcək konfransında Mahmud Əhmədinijad da iştirak edəcək.

Birləşmiş Ştatlar, Kanada, Niderland və Avstraliya konfransı baykot edəcəklər.

Onlar hesab edirlər ki, konfrans İsrail və qərb ölkələrinə qarşı yönələ bilər.

2001-ci ildə Cənubi Afrikada keçirilmiş konfransda iştirakçılar sionismin irqçiliyin bir forması kimi tanınmasını tələb edəndə Birləşmiş Ştatlarla İsrail konfransı tərk etmişdilər.
XS
SM
MD
LG