Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:35

İran prezidenti jurnalist Roksana Sabirinin müdafiəsinə tıəminat yaratmağa çağırıb


İran prezidenti Mahmud Əhmədinijad ölkənin hüquq mühavizə orqanlarını həbsdə olan jurnalist Roksana Sabiri və bloqqer Hüseyin Deraxşanın hüquqlarının qorunmasına təminat yaratmağa çağırıb.

Rəsmi İRNA agentliyinin məlumatına görə prezidentin idarəsinin Tehran prokuroru Səid Mortazaviyə göndərdiyi məktubda müdafiə üçün onların bütün qanuni hüquqlardan istifadə etmələrinə təminat verilməsi tələb olunur.

Tehran məhkəməsi dünən Sabirini casusluqda günahlandıraraq 8 il azadlıqdan məhrum edib.

İran və Kanada vətəndaşı olan Deraxşan isə ötən ilin noyabrında həbs olunub.

Onun nəyə görə ittiham olunması hələlik bəlli deyil.
XS
SM
MD
LG