Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:41

İlham Əliyev Laçın dəhlizi barədə


«Münaqişənin həllinə dair müəyyən məsələlərdə mövqelər razılaşdırılıb»
«Münaqişənin həllinə dair müəyyən məsələlərdə mövqelər razılaşdırılıb»
«Biz Ermənistan tərəfinin Dağlıq Qarabağla quru əlaqəsinin olması istəyini başa düşürük. Biz burada heç bir problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələni effektiv həll etmək mümkündür və bu hazırda orada yaşayanları və gələcəkdə ora qayıdacaq azərbaycanlıları narahat etməsin».

Azərbaycan prezidenti İlham Əliyev İTAR-TASS agentliyinə və «Rossiya» televiziyasının «Vesti» xəbərlər kanalına müsahibəsində belə deyib.

«Münaqişənin həllinə dair müəyyən məsələlərdə mövqelər razılaşdırılıb. Lakin təəssüflər olsun ki, bəzi razılaşdırılmamış məqamlar da var ki, onlar razılığa gəlinmiş məsələlərdən heç də az vacib deyil. Biz ümid edirik ki, Ermənistan tərəfi də konstruktiv əhval-ruhiyyədə olacaq və beynəlxalq hüquq normalarına riayət edəcək. Beynəlxalq hüquq normalarından kənar bu məsələni həll etmək mümkün olmayacaq. Bizim təkliflərimiz də bunu əks etdirir. Dağlıq Qarabağın statusunun müəyyənləşməsi məsələsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Biz Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılmasına nail olmalıyıq. Biz Ermənistan tərəfinin Dağlıq Qarabağla quru əlaqəsinin olması istəyini başa düşürük. Biz burada heç bir problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələni effektiv həll etmək mümkündür və bu hazırda orada yaşayanları və gələcəkdə ora qayıdacaq azərbaycanlıları narahat etməsin».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG