Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:00

Pulsuz dil kursları


Gəncliyə Yardım Fondu kitabxanasının qapılarını da gənclərin üzünə açıb
Gəncliyə Yardım Fondu kitabxanasının qapılarını da gənclərin üzünə açıb
Gəncliyə Yardım Fondu hər üç ayda bir dəfə ingilis və ərəb dillərində kurslar təşkil edir. Fondun mətbuat xidmətinin rəhbəri Salih Zeki Meriç deyir ki, gənclər kurslara imtahan verməklə qəbul olunurlar. Dil kurslarını müvəffəqiyyətlə bitirənlərə kompüter kurslarına yazılmaq şansı da verilir. «İngilis dilini sıfırdan başlamaq istəyənlər məntiqdən imtahan verirlər. Onlar üçün kurs 9 aydır. Dili müəyyən səviyyədə bilənlər isə həmin dildən imtahan verirlər və səviyyələrinə uyğun kursa yazılırlar. Kursu uğurla bitirənlərə hədiyyə olaraq pulsuz kompüter kurslarına yazılmaq imkanı veririk. Kursu bitirənlərə sertifikatlar da verilir.

Dil kurslarına növbəti qeydiyyat prosesi avqust ayında olacaq. Qeydiyyatdan keçmək istəyənlər yalnız 1 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.


«Yeganə tələb odur ki, müraciət edən 9-cu sinifi bitirməlidir. Yuxarı yaş həddi isə yoxdur. Özünü gənc hesab edən hər bir kəs müraciət edə bilər».


Gəncliyə Yardım Fondu kitabxanasının qapılarını da gənclərin üzünə açıb. Burada Azərbaycan, türk, ingilis və rus dillərində müxtəlif mövzuda 10 mindən çox kitab var.


Gəncliyə Yardım Fondunun işi bununla da kifayətlənmir. Fond hər il ehtiyacı olan gənclərə təqaüdlər də verir. Salih Zeki Meriç deyir ki, bunun üçün gənclər öz vəziyyəti və istəkləri ilə bağlı məktubla fonda müraciət etməlidirlər: «Avqust ayından başlayaraq növbəti məktubları qəbul edəcəyik. Təbii ki, biz məktub yazan hər bir kəsə təqaüd verə bilmirik. Bizə daxil olan məktublar araşdırılır və biz yalnız müəyyən sayda gənclərə hər ay müəyyən məbləğdə təqaüd veririk».


TOEFL imtahanı vermək üçün hara müraciət etməli?


Bakı-Sumqayıt yolunda yerləşən Qafqaz Universitetində TOEFL mərkəzi fəaliyyət göstərir. TOEFL imtahanı vermək istəyənlər Baş TOEFL mərkəzinə, yəni Amerika və Hollandiyada yerləşən mərkəzlərdən birinə məktubla müraciət edib, həmin mərkəzin hesabına pul köçürdükdən sonra gəlib Qafqaz Universitetində imtahan verə bilər. Universitetdəki TOEFL mərkəzinin direktoru Stanislav Zaqorodnyev deyir ki, mərkəzə hər kəs müraciət edə bilər. «TOEFL imtahanına istənilən şəxsin iştirak etməsi üçün heç bir problem yoxdur. İmtahana girmək istəyən şəxs Amerika və ya Hollandiyadakı TOEFL mərkəzinə 140 dollar pul keçirməli və məktubla müraciət etməlidir. Sonra gəlib bizim mərkəzdə imtahan verə bilər. Bizim mərkəz isə təmənnasız fəaliyyət göstərir».


Stanislav Zaqorodnyev deyir ki, TOEFL imtahanı ayda dörd dəfə keçirilir. Növbəti imtahan iyunun 24-də olacaq. İmtahan vermək istəyənlər bir həftə əvvəl qeydiyyatdan keçməlidirlər. İmtahanın cavabları Baş TOEFL mərkəzində yoxlanılır və nəticələr iki həftədən sonra elan olunur.


DİNLƏYİN!


XS
SM
MD
LG