Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Pakistanda raket zərbəsindən azı 3 adam ölüb


Pakistanın şimalında – Cənubi Vəziristanda raket zərbəsindən azı 3 adam ölüb.

Güman edilir ki, raketi Əfqanıstan ərazisindən Amerika ordusu atıb.

Pakistan ABŞ ordusunun apardığı bu cür əməliyyatları narazılıqla qarşılayır.

Ölkə rəsmiləri deyir ki, bölgədə yaraqlılara qarşı aparılan bu cür əməliyyatlarda dinc sakinlər də ölür.

Dünən Pakistanın şimal-qərbində yerləşən sərhəd bölgəsində hərbi karvana edilmiş hücum nəticəsində 27 adam ölüb.

Bu hücuma görə cavabdehliyi talibançılar üzərinə götürüb.
XS
SM
MD
LG