Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:33

Gürcülər evlərinə dönürlər…


«Gürcülərin Rusiyadan böhrana görə qayıtmasını təsdiqləmək şişirdilmiş olardı»

«Gürcülərin Rusiyadan böhrana görə qayıtmasını təsdiqləmək şişirdilmiş olardı»

Bu gün Rusiyada yaşayan gürcülərin dəqiq sayı bəlli deyil. İqtisadi böhran və ya digər səbəbdən öz vətəninə qayıdan gürcülərin sayı nə qədərdir?

Əslində hazırkı vəziyyəti düzgün qiymətləndirməyin mümkünsüzlüyü Gürcüstan və Rusiya arasında diplomatik əlaqənin kəsilməsi, birbaşa nəqliyyatın olmaması ilə əlaqədardır.

Bir neçə dövlət qurumundan əldə edilən məlumata görə son vaxtlar Rusiyadan Gürcüstana qayıtmaq istəyənlərin sayı artıb.

Ancaq iqtisadi məsələlər üzrə ekspertlər hesab edirlər ki, həmin şəxsləri vətənlərində də yaxşı heç nə gözləmir.

Əslində heç kim araşdırmayıb ki, gürcülərin qayıtmaq istəyi tək iqtisadi böhranla əlaqədardır ya yox. Ona görə də bu məsələdə hər kəsin özünün şəxsi fikri var.

Yeni iqtisadi məktəbin nümayəndəsi Pata Şeşelidze gürcülərin kütləvi halda Rusiyadan qayıtmasını genişmiqyaslı böhranla əlaqələndirmir.

«Gürcülərin Rusiyadan böhrana görə qayıtmasını təsdiqləmək şişirdilmiş olardı».

Şeşelidze hesab edir ki, miqrasiya prosesinin sürətlənməsi tək böhrana görə deyil. Bu həm də avqustdakı müharibədən sonra gərginləşmiş münasibətlərlə əlaqədar ola bilər:

«Qayıdışa səbəb tək böhran deyil. Müharibəyə görə insanlar məsələn, bizneslərini də bağlayıb geri qayıda bilərlər».

Bəs uzun illərdir Rusiyada yaşayıb-yaradan, özlərinə şərait quran gürcülər hansı ümidlə ölkələrinə qayıda bilər?

Pata Şeşelidze: «Yeganə əsas o ola bilər ki, həmin şəxslərin ya mənzilləri, ya da kənddə evləri var. Harada onlar əlavə xərc çəkmədən yaşaya biləcəklər. Rusiyada yaşayan gürcülərin əksəriyyətinin mənzili yoxdur, onlar çox böyük kirayə haqqı ödəməlidirlər. Və əgər əlavə qazancları da yoxdursa, onda orada yaşaya bilmirlər. Bu yeganə tutarlı əsasdır».

«Azadlıq» radiosunun gürcü xidməti son aylar ərzində Rusiyadan Gürcüstana qayıdanlar barədə ətraflı məlumat almağa çalışıb, iqtisadi böhrana görə qayıdanları araşdırıb.
Məlumat verən yeganə mənbə İsveçrə səfirliyi nəzdində Gürcüstanın maraqlarını təmsil edən konsul Zurab Pataradze olub:

«Xidmətimizin yardımıyla biz birinci rübdə 1000 nəfərə köməklik etmişik, təxminən 600 nəqliyyat sənədini rəsmiləşdirmişik. Bununla vətəndaşlarımıza vətənə qayıtmağa kömək etmişik. Hərçənd daha çox adama konsultasiya verilib».

Zurab Pataradze deyir ki, Gürcüstana qayıtmaq istəyənlərin öz şəxsi səbəbləri olur. Bu səbəbləri isə heç kim araşdırmayıb. Ancaq elə qisim insanlar var ki, onlar iş yerlərini itirdiyinə görə vətəninə qayıtdığını bildirirlər.

Bununla belə Zurab Pataradze hesab edir ki, gürcülərin Rusiyadan qayıdışı kütləvi xarakter daşımır:

«Bu mərhələdə proqnoz etməyə çətinlik çəkirəm. Ancaq son zamanlar qayıtmaq istəyənlərin sayı xeyli artıb».

Rusiyadan Gürcüstana qayıtmağın mərhələləri və marşrutlara gəlincə, Zurab Pataradze bunları deyir:

«Rusiyadakı gürcülər konsulluğa əsasən nəqliyyat sənədlərinin nizama salınması və çıxış vizası barədə məlumat almaq üçün müraciət edir, daha sonra Gürcüstana yola düşürlər. Marşrutlara gəlincə, gürcülərin qayıtmaq üçün istifadə etdikləri ən populyar marşrutlar - Bakı, Yerevan, Minsk və Kiyevdir».
XS
SM
MD
LG