Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib


Leyla Əliyeva Rusiyada yaşayan Azərbaycan gəncliyinin birləşməsinin vacibliyini önə çəkib

Leyla Əliyeva Rusiyada yaşayan Azərbaycan gəncliyinin birləşməsinin vacibliyini önə çəkib

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, prezident İlham Əliyevin qızı Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilib. Qurumun təsis konfransı martın 18-də Moskvada keçirilib.

Çıxışı zamanı Leyla Əliyeva deyib ki, yeni vəzifəsində də Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını təmsil etməkdə davam edəcək.

Leyla Əliyeva həmçinin Rusiya kimi böyük dövlətdə yaşayan Azərbaycan gəncliyinin birləşməsinin vacibliyini önə çəkib.

«AzərTAc» xəbər verir ki, konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak edib.

Konfransın yekunlarına əsasən RAGT-in Rusiya ictimaiyyəti və gəncliyinə müraciəti qəbul olunub.
XS
SM
MD
LG