Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

ABŞ alimləri Azərbaycana gəlib


ABŞ-ın Oklahoma ştatından 8 nəfərlik nümayəndə heyəti hazırda Azərbaycandadır. Mayor Rystin Vonnun başçılıq etdiyi heyətə Oklahoma Dövlət Universiteti və digər universitetlərinin professorları daxildir.


Missiyanın məqsədi Azərbaycanla enerji, alternativ enerji, kommunikasiya texnologiyaları, palçıq vulkanları sahəsində təcrübə mübadiləsi aparmaqdır.


Amerikalı alimlər jurnalistlərə deyiblər ki, Azərbaycanla külək enerjisi, bio-enerji sahəsində əməkdaşlıq etmək olar, ancaq hələlik konkret bir tövsiyə irəli sürülməyib.


Mayor Rystin Vonun sözlərinə görə, Pentaqonla Azərbaycan son üç ildə təlim, mühafizə sahəsində əməkdaşlığı gücləndirib.


Nümayəndə heyəti Gəncədə olub, Bakıda - Elmlər Akademiyasında görüşlər keçirib.


XS
SM
MD
LG