Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

«Azərbaycanı Rusiyadan asılı edən avtoritar rejimdir»


Azərbaycanı Rusiyanın təsir sahəsində buraxan ən əsas faktor - bu ölkənin sovetlərdən miras qalan avtoritar və qeyri-demokratik rejimidir
Ermənistan qapısı yenə açılmadı. Baş nazirin iki ölkə diplomatlarının hazırladığı paketə çox ilıq baxmadığına dair söz-söhbətlərin doğru olduğunu bu dəfə onun öz dilindən eşitdik. «Azərbaycanı narahat edən bir addım atmarıq» - şəklində bəyanatlar verib dəftəri bağladı. Açılmadan bağlanmanın artıq bir saytı da var: turkiye-ermenistan-kapilar-acilmasin.org

Türkiyənin Ermənistan ilə olan problemini Qarabağ problemi üzərindən həll etməsi çox çətindir. Ermənistan-Türkiyə müzakirələrinin gedişatı ilə bağlı davamlı məlumatlandırılan Azərbaycanın planlı əsəbiləşməsinin arxasında, böyük ehtimalla, Rusiya var. Biz boş yerə «Rusiya Türkiyəni Qafqazda usta köməkçisinə çevirər» deməmişdik. İran da elə. Ermənistanla çox gözəl münasibətləri olan İranın Azərbaycanla da bir problemi yoxdur.

Rusiya Qarabağ məsələsindən istifadə edib, Azərbaycan və Ermənistanı ovcunda tutur, bu hesabla da məsələnin həllini istəmir. Ermənistanın Rusiyaya bağlı olduğu məlumdur - hərbi və strateji əlaqələr, Türkiyə sərhədinin qorunması, Rusiyanın hərbi bazası, enerji və Qarabağ məsələsində güclü dəstək. Yaxşı, bu vəziyyətdə təbii olaraq Ermənistan-Rusiya müttəfiqliyinə qarşı ittifaq axtarması lazım olan Azərbaycanın Rusiyaya olan sevgisi haradan qaynaqlanır? Azərbaycanlıları Rusiyaya bağlayan nədir? Ermənistan üçün məqbul sayıla biləcək heç bir səbəb bu bağlılığı açıqlaya bilməz. Azərbaycanı Rusiyanın təsir sahəsində buraxan ən əsas faktor - bu ölkənin sovetlərdən miras qalan avtoritar və qeyri-demokratik rejimidir. Eynilə Ermənistan kimi. Azərbaycanın demokratik təkamülü özü ilə Qarabağ probleminin həllini də gətirər.

Qarabağda keçiriləcək bir referendumda çoxluqda olan ermənilərin Azərbaycandan alacağı demokratik təminatlar problemin həllini də şərtləndirə bilər. Hələlik, Azərbaycanın belə bir təkamül etməsi mümkün deyildir. Ona görə də Ermənistanla bağlı siyasət «Onlar kasıbdır, məndə neft var, gözləyər və axırda Qarabağı alaram» –kimi qaba bir yanaşmaya söykənir. Ermənistan sərhədini 1993-cü ildə Bakı-Ceyhan neft kəməri üçün şirin görünmək məqsədi ilə bağlayan Türkiyə artıq bu siyasətin əsiridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG