Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

"Üç nöqtə": "Orta məktəblərdə imtahanların test üsulu ilə keçirilməsi birmənalı qarşılanmayıb"


“Yeni Azərbaycan” qəzeti xəbər verir ki, Ukrayna hökuməti Azərbaycanla birgə enerji layihələrinin həyata keçirilməsi təklifi ilə çıxış edib. Azərbaycana təkliflərini təqdim edən Ukrayna hökuməti Xəzər dənizinin qaz ehtiyatlarının dünya bazarına nəqlinin bu ölkədən keçməsini arzu edir. Belə ki, Xəzərdən nəql olunan qaz Qara dənizin dibi ilə çəkilməsi təklif olunan kəmər vasitəsi ilə Avropaya çıxarıla bilər. Sənaye, Yanacaq və Energetika naziri Natiq Əliyev bildirib ki, Xəzər-Qara dəniz enerji layihəsinin yaradılması ideyası reallığa uyğundur.


“Bakı-Xəbər” qəzetindəki “AQO Qru­pu­nun iyun mə­ru­zə­si ha­ki­miy­yə­tə nə vəd edir?” başlıqlı məqalədə bildirilir ki, Er­mə­nis­tan­dan son­ra Azər­bay­ca­na gə­lən Av­ro­pa Şu­ra­sı (AŞ) Na­zir­lər Ko­mi­tə­si­nin AQO Mo­ni­to­rinq Qru­pu­nu ma­raq­lan­dı­ran baş­lı­ca mə­sə­lə Azər­bay­ca­nın Av­ro­pa Şu­ra­sı qar­şı­sın­da gö­tür­dü­yü öh­də­lik­lə­ri ne­cə ye­ri­nə ye­tir­di­yi­ni araş­dır­maq­dır. Müəllif bildirir ki, Azər­bay­ca­nın AŞ qar­şı­sın­da üzə­ri­nə gö­tür­dü­yü öh­də­lik­lə­ri ne­cə ye­ri­nə ye­tir­di­yi­nə da­ir si­ya­si qüv­və­lər ara­sın­da müx­tə­lif fi­kir­lər səs­lən­mək­də­dir. Bir çox Av­ro­pa rəs­mi­lə­ri öz­lə­ri də öh­də­lik­lə­rin ço­xu­nun tə­ləb olu­nan sə­viy­yə­də ye­ri­nə ye­ti­ril­mə­di­yi­ni vur­ğu­la­yır­lar. Elə bu səbəbdən də AQO Qru­pu­nun iyun ses­si­ya­sın­da təq­dim edə­cə­yi he­sa­ba­tın ki­fa­yət qə­dər sərt ola­ca­ğı­ gözləniləndir.


“Üç nöqtə” qəzetindəki “Orta məktəblərdə imtahanların test üsulu ilə keçirilməsi birmənalı qarşılanmayıb” başlıqlı məqalədə bildirilir ki, bu il Xətai və İmişli rayonlarındakı 16 məktəbdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi müəllim və şagirdlər arasında narazılığa səbəb olub. İmtahanlardan əvvəl Təhsil Nazirliyindən bildiriblər ki, nəticələr elə həmin gün, yəni iyunun 6-sı və 7-də elan olunacaq. Ancaq sonra məlum olub ki, texniki problemlər buna imkan verməyib. Nazirlikdə bu ilki imtahanlardan narazı qalan şagirdlərin mübahisələrini həll etmək üçün appelyasiya komissiyası yaradılıb. İyunun 14-dən sonra narazı qalanlara imkan veriləcək ki, bu komissiyalara müraciət etsinlər.


XS
SM
MD
LG