Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

Bu il Azərbaycanda 129 nəfər HİV-ə yoluxub.


Bu ilin I rübü ərzində Azərbaycanda 129 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib.

Onlardan 125-i azərbaycanlı, 4-ü əcnəbidir. Qeydiyyata alınmış 125 Azərbaycan vətəndaşından 113-ü kişi, 12-i qadındır.

Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 33, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 12 nəfər olub.

HİV-ə yoluxması təsdiq olunmuş vətəndaşların 81-i inyeksion narkotik istifadəsi, 21-i heteroseksual kontakt nəticəsində, 1 nəfər uşaq anadan HİV-ə yoluxub, 22 nəfərin yoluxma yolu isə hələ müəyyənləşdirilməkdədir.

Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu ilin I rübünün sonunadək Azərbaycanda 670 ailədə qeyd edilən virusa yoluxma faktı qeydə alınıb.

/APA/

XS
SM
MD
LG