Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:47

Vaşinqton Kubayla münasibətlərdə yeni mərhələyə başlamaq istəyir



Bunu ABŞ prezidenti Barak Obama Latın Amerikası ölkələri liderlərinin Trinidad və Tobaqoda keçirilən sammitində deyib, region ölkələrini bərabər hüquqlu tərəfdaşlığa çağırıb.

" Sizi əmin edim ki, biz bərabər hüquqlu tərəfdaşlığa can atırıq.
Münasibətlərimizdə böyük və kiçik tərəfdaş ola bilməz.
Bu qarşılıqlı hörmət, ümumi maraq və dəyərlərə əsaslanan öhtəlik olacaq.
Mən münasibətlıərimizdə yeni başlanğıc açmaq və mənim hökumətimin sadiq qalacağı yeni öhtəliklər götürmək üçün bura gəlmişəm ,, .

Barak Obama insan haqlarının müdafiəsi də daxil olmaqla Vaşinqtonun Kubayla geniş sahələri əhatə edən məsələləri müzakirə etməyə hazır olduğunu qeyd edib.

Obama bundan əvvəl toplantıda Amerikanın sərt tənqidçilərindən biri olan Venesuela prezidenti Uqo Çaveslə əl-ələ görüşüb.

Çaves jurnalistlərlə söhbətində Barak Obamanın bu hərəkətini yüksək qiymətləndirib:

" Mən onun hərəkətini qiymətləndirdim-o yaxınlaşdı və mənə əl uzatdı.
Belə bir hərəkəti rədd eləmək olmazdı.
Fürsətdən istifadə edərək ona dedim ki, 8 il bundan əvvək Kanadada keçirilən sammitdə Buşa əl verərək dedim ki, sizin dostunuz olmaq istəyirəm ,, .
XS
SM
MD
LG