Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

«30-a qədər özəl bank fəaliyyətini dayandıra bilər»


«Əhali böhran dövründə sərbəst pul vəsaitini bankların idarəetməsinə verməkdə tərəddüd edir»
«Əhali böhran dövründə sərbəst pul vəsaitini bankların idarəetməsinə verməkdə tərəddüd edir»
«Bizim Yol» qəzeti: «30-a qədər özəl bank fəaliyyətini dayandıra bilər»

Bir qədər əvvəl Prezident İlham Əliyev hökumətə tapşırıb ki, Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsi istifadə üçün yerli banklara verilsin. İndi Azərbaycan banklarının xarici kreditlər üzrə borcları 1.6 milyard dollar təşkil edir. Bu isə bank aktivlərinin ümumi həcminin təxminən 13.5 faizi qədərdir. Ötən il banklar xarici kreditorlara 1 milyard dollar borc qaytarıblar...

Neft Fondunun vəsaitlərindən 2.5 milyard dollar yerli bankların idarəçiliyinə verilməsi nəzərdə tutulub. Ancaq bu vəsaitlərdən heç də bütün banklar bəhrələnə bilməyəcək. 40-dan çox özəl bankın cəmi 10-u bu vəsaitlərdən faydalanacaq. Mərkəzi bankın reytinq cədvəlində birinci onluqdan kənarda qalan banklar problemlərini öz gücləri hesabına həll etməli olacaq. Çox güman ki, yardımdan faydalana bilməyən banklar ya birləşməyə, ya da səhmlərinin bir hissəsini satmağa məcbur olacaqlar. Əks halda isə, onları müflisləşmə təhlükəsi gözləyir...

«Azadlıq» qəzeti: «Mirzə Sakit məhbəs həyatından danışdı»

«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit azadlığa çıxandan sonra ilk dəfə - aprelin 17-də mətbuat konfransı keçirib türmə həyatında başına gələnlərdən danışdı. Satirik əvvəlcə iki ildən artıqdır saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsi haqqında fikirlərini açıqladı:

«Bu «kalon»u Azərbaycanın «Əbu-Qreyb»i adlandırmaq olar. Orada olduğum müddətdə müəssisəsinin rəhbəri ilə açıq savaş aparırdım. Hər gün insanların hüquqlarının necə tapdandığının, insanlara necə işgəncə verildiyinin canlı şahidi olurdum. Cəzaların İcrası Məcəlləsinə görə, bir məhkum cəzasının üçdə birini çəkdikdən sonra məntəqə tipli müəssisəyə köçürülür. Bununla bağlı heç bir rəsmi ödəniş nəzərdə tutulmayıb. Buna baxmayaraq, məhkumun cəzasının başa çatmasına iki il və ya il yarım qalıbsa, hər ilinə görə 1000-1500 manat pul alınır. Bu işin də başında müəssisənin rəhbəri durur. Kənd yerində yaşayanlar mal-qarasını satıb verirlər, təki, uşaqlarının cəzası yüngülləşsin. Halbuki bu yüngülləşdirmə qanunun özündə nəzərdə tutulub. Türmədə hansısa məhkumla görüşmək istəyirsənsə, mütləq rüşvət verməlisən».

M. Sakit məhbuslara qarşı yol verilən qanunsuzluqlar barədə də faktlar açıqladı:

«Zon»un daxilində 10 sot yer var. İki həftəlik karantin dövrü ərzində səhər saat 10-un yarısında hərə əlinə bir dəmir «lapatka» alıb gedir ora. Saat 1-in yarısına qədər oranı şumlamalısan. O ərazidə heç nə becərilmir. Bu, sadəcə məhbusları sındırmaq üçündür. Kriminal aləmin öz qayda-qanunu var. Sən kotanı dartmısansa, sabah burda vəziyyət yaratmaq barədə danışa bilməzsən. 60 kiloqram ağırlığında kotanı insanlara sürdürürlər. Ora gedən günün səhərisi məni də işləməyə apardılar. Bir kapitan əmr elədi ki, kotanı götür, sür. Dedim, axı mən öküz deyiləm, sən sür görüm, mən də baxıb sürərəm. Bu sözümə görə məni rəisin yanına apardılar. Otaqda öz aralarında nəsə danışandan sonra rəis mənə dedi ki, bəs səni tanımayıb. Dedim ki, yox, o kotan ordan getməlidir, getməsə mən aclıq edəcəm. Xəbər elədim Elçin Behbudov gəldi. Ona dedim, sağ olsun tələb qoydu, kotanı yığışdırdılar»…

«Yeni Azərbaycan» qəzeti: «Azərbaycan kosmik sənaye ölkəsinə çevriləcək»

Milli peykin yaradılması üçün Azərbaycanda aprelin 30-da qapalı tender keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tenderdə Rusiya, ABŞ və Fransanın 5 şirkəti iştirak edəcək.

Azərbaycan orbitə birinci peykini 2010-cu ilin birinci yarısında buraxmağı planlaşdırır. İkinci peyk isə 2011-ci ildə buraxılacaq. Peyk ilk növbədə Avropanı və Asiya regionunun yarısını əhatə edəcək...

Peyklərin hər birinin dəyəri 100-170 milyon dollardır...

Milli peykin (AzərSat) yaradılması televiziya yayımının, rabitənin keyfiyyətinin artırılmasına və kanalların sayının çoxalmasına imkan yaradacaq...

Peykin hansı ölkənin raketi vasitəsilə kosmik orbitə buraxılacağı məlum deyil. Öz köməyini dərhal təqdim edənlər sırasında Ukrayna birinci oldu. Prezident Viktor Yuşşenkonun Bakıya rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan arasında kosmik sahədə əməkdaşlıq sazişi imzalanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG