Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:01

Tacikistanda yüksək vəzifəli adamın oğlunu həbs ediblər


Tacikistanda Milli Təhlükəsizlik Şurasının katibinin oğlu beş il müddətinə azadlıqdan məhrum edilib. Bobur Azimov avqust ayında avtomobil qəzasında iki nəfərin ölümünə, bir neçə adamın yaralanmasına görə ittiham edilir.

Təhlükəsizlik Şurasının katibi Amirqul Azimovun oğlu həm də Düşənbədə istintaq idarəsinin keçmiş müstəntiqi olub. Qəza avqust ayında baş versə də Bobur Azimovindiyə qədər azadlıqda olub. Onu aprelin 17-də məhkəmə zalında həbs ediblər.
XS
SM
MD
LG