Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26

«Sərhəd və Qarabağ məsələlərini əlaqələndirmək təhlükəlidir»


Ermənistanın Keçmiş Xarici İşlər naziri Vartan Oskanyan

Ermənistanın Keçmiş Xarici İşlər naziri Vartan Oskanyan

«Hesab edirəm ki, erməni-türk münasibətlərini Qarabağ məsələsiylə bağlamaq çox təhlükəlidir. Biz bu məsələləri bir-birindən ayırmaq üçün əlimizdən gələni etməliyik».

Ermənistanın keçmiş Xarici İşlər naziri Vartan Oskanyan belə deyib.

O, Yerevanda ölkənin başqa bir sabiq Xarici İşlər naziri, müxalifətdə olan «Jaranqutyun» Partiyasının lideri Raffi Avanesyanla birgə bölgədə baş verən preoseslərə aid mətbuat konfransında iştirak edib.

Oskanyan bildirib ki, öncə erməni-türk danışıqlarında bu iki məsələni bir-birindən ayırmaq mümkün oldu, amma indi bu məsələlər arasında yenidən əlaqə yaranıb:

«Bu məsələlərin əlaqəsinin nədən ibarət olmasını dərhal aydınlaşdırmaq və həmin əlaqəni qırmaq lazımdır. Bu, Ermənistana yaxşı heç nə vəd etmir».

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu günlərdə deyib ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması sahəsində hazırlıqlarda son addım Qarabağ münaqişəsi həll edilmədən atıla bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG