Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:43

«Azərenerji» «Simens»i məhkəməyə verir


«Azərenerji» Almaniyanın «Simens» şirkətini məhkəməyə verməyə hazırlaşır. Qurumun prezidenti Etibar Pirverdiyev deyir ki, bu şirkət Sumqayıtda inşa etdiyi qaz-buxar qurğusunun tikintisində öhdəliklərini tam yerinə yetirməyib. Nəticədə qurğunun istifadəyə verilməsi bir qədər ləngiyib.

Etibar Pirverdiyevin sözlərinə görə, stansiyanın tikintisi başa çatdıqdan sonra aparılan testlər zamanı texniki problemlər müəyyən edilib. Hazırda «Simens» quraşdırma işində yol verdiyi səhvləri aradan qaldırmaqla məşğuldur.

«Azərenerji»nin hüquqşünasları isə öhdəliklərini yerinə yetirmədiyi üçün bu şirkətin məhkəməyə verilməsi üzərində işləyirlər.
XS
SM
MD
LG