Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:38

«Kağız üzərində tikilən məktəb»


«Amma indi il ərzində bircə dənə də məktəb tikilməyəcək»
«Amma indi il ərzində bircə dənə də məktəb tikilməyəcək»
«Yeni Müsavat»: «Yəqin yadınızdan çıxmayıb, bir ara məlumatlar yayıldı ki, bizim Dövlət Neft Şirkəti özünün ofis kimi istifadə etməsi üçün tayı-bərabəri olmayan göydələn inşa etdirir. Binanın eskizini görəndə adamın ağzı əyilirdi, elə bina da özü əyri bir formada idi. Xəbər verilirdi ki, Koreya layihəsi olan bu binanın tikintisinin smetası fantastik bir məbləğdir (hərə bir rəqəm deyirdi), mərtəbələrinin sayı isə 100-dən çox olmalı idi. O zamanlar ayrı bir zaman idi. Onda körpülərin, tunellərin qızğın dövrü idi, hər yanı qazıb, hər yeri boyamağa girişmişdilər.
Üstəlik, hər yanda analoqu olmayan inkişafdan söhbət gedirdi, yeni olimpiya kompleksləri açılır, tar muzeyi tikilirdi. Yəqin yadınızda olar: uzaq keçmiş deyil - təzəcə başa çatıb». Şahvələd Çobanoğlu «Kağız üzərində tikilən məktəb» sərlövhəli köşə məqaləsində belə yazır.

«Az qala unutmuşdum ki, yeni tikilən məktəblərin sayı barədə isə yaxın günlərədək ağızlarda dastan gəzirdi. Heydər Əliyev Fondu dövlətdən çox məktəb tikirdi, dövlət özü, hətta xarici ölkələrin səfirlikləri də məktəblər tikirdi. Doğrudan da, ayrı bir zaman idi.

Amma indi il ərzində bircə dənə də məktəb tikilməyəcək. Yəqin bunu da eşitdiniz. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Elmira Axundova etiraf etdi ki, bu il dünyadakı maliyyə böhranı ucbatından heç bir məktəb binası tikilməyəcək».

«Azadlıq»: «Hakimiyyət indi də müstəqil QHT-ləri hədəf alıb».

Hakimiyyətin son vaxtlar müstəqil QHT-lərə qarşı hücum kampaniyasına başlaması ilə əlaqədar Azərbaycanın vətəndaş cəmiyyəti qurumları ölkə ictimaiyyətinə və beynəlxalq birliyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi partiyalara və media qurumlarına, jurnalistlərə qarşı uzun müddətdir davam etdirdiyi təzyiq-təqib kampaniyasının dairəsini genişləndirərək yeni müstəviyə keçirib. Artıq hədəfdə həm də insan haqları, korrupsiya, seçki, məhkəmə-hüquq islahatları sahəsində fəaliyyət göstərən müstəqil QHT-lərdir.

Müraciət müəlliflərinin fikrincə, bu cür QHT-lər həyata keçirdikləri layihələr, qanunvericiliyin və məhkəmələrin monitorinqi, seçkilərin müşahidəsi, korrupsiya və inhisarçılıqla bağlı araşdırmaları ilə hakimiyyətdə açıq-aşkar qıcıq doğurur.

«Yeni Azərbaycan»: «Sosial layihələrin icrasında heç bir problem olmayacaq».

Bir neçə ildir ki, may ayında Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılır və zəruri hallarda müəyyən dəyişikliklər edilir. Ötən bir neçə il ərzində neft hasilatının və onun qiymətinin yüksəlməsi dövlət büdcəsinin gəlir hissəsinin artımı ilə müşahidə olunurdu. Amma hazırda dünya böhranı ilə əlaqədar bu ilin may ayında büdcəyə dəyişikliklərin edilib-edilməməsi barədə bəzi suallar ortaya çıxır.

Hətta bəzi KİV-lər büdcəyə yenidən baxılarkən bir sıra layihələrin, icrasının dayandırılacağı haqqında məlumat verirlər. Bu məsələyə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev belə aydınlıq gətirib. İstənilən halda, nə bu il, nə də gələn il Azərbaycanda sosial sahəyə ayrılan büdcə vəsaiti azaldılmayacaq. Əksinə, Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə daha böyük diqqət yetiriləcək. Pensiya və sosial müavinətlərin artırılmasına, xüsusilə, anti-böhran tədbirlərinin görülməsinə diqqət daha da artırılacaq.

«Bunların hamısı maliyyə vəsaiti tələb edən işlərdir. Çox güman ki, büdcəyə yenidən baxılarsa, investisiya tutumlu layihələrdən xərclər kəsilib sosial müdafiənin gücləndirilməsinə yönəldilə bilər. Digər tərəfdən, düşünürəm ki, hökumətin anti-böhran proqramı hazırdır. May ayında büdcəyə baxılarkən ola bilsin ki, bu proqram da elan olunsun».

«Üç nöqtə»: «İran-Ermənistan əlaqələri Azərbaycanın mövqeyinə ziddir». Bunu deputat Zahid Oruc bildirib.

Z.Oruc hesab edir ki, hazırda İran və Ermənistanın rəsmi dairələri Azərbaycanın türk dünyası, beynəlxalq aləm və regional siyasətə qatılmasına alternativ olaraq əks mövqelərini hazırlamaqdadırlar: birincisi, burada müxtəlif iqtisadi münasibətlər qurmaqla Ermənistanı ayaqda saxlamaq niyyəti güdülür. Faktiki olaraq Ermənistanın hər hansı bir xarici məkana çıxışı məhz İrandan keçir. İkinci tərəfdən, İranla qurulan ticari münasibətlər Ermənistanın əsas iqtisadi sferalarını ayağa qaldırmaq məqsədi ilə həyata keçirilir.

Millət vəkili bütövlükdə İran - Ermənistan münasibətlərinin Azərbaycanın maraqlarına zidd olduğunu deyir. O, bildirir ki, İran islam ölkəsi kimi ədalətin təminatçısı olmağı öz konstitusiyasında əks etdirsə də, onun yürütdüyü siyasət deyilən prinsiplərə ziddir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG