Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:14

İlham Əliyev Rusiya prezidenti ilə danışıqlar aparacaq


Aprelin 17-i Moskvada Rusiya prezidenti Dmitriy Medvedev və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar aparılacaq. Danışıqlarda əsas müzakirə mövzusu energetika sahəsində əməkdaşlıq, əsasən də Azərbaycan qazının satış bazarının genişlənməsi olacaq. Səfər zamanı həm də ölkələr arasında iqtisadi, siyasi məsələlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzər dənizinin statusu ətrafında müzakirələr aparılacaq.

Prezident İlham Əliyevin Rusiyaya səfəri aprelin 16-ı başlayıb.

İki günlük səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutur.


Günün bütün mövzuları

XS
SM
MD
LG