Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Terri Devis gizli həbsxanalarla bağlı hesabatını açıqlayıb


Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis Avropa ölkələrində gizli həbsxanalar və içində məhbuslar olan təyyarələrin uçuşlarıyla bağlı hesabatını açıqlayıb. Bu prosedura Avropa Şurası Parlament Assambleyasının üzvü senator Dik Martinin təhqiqatı ilə paralel aparılıb.


Cənab Devis Avropa Şurasının 46 üzvündən 37-nə təkrar sorğu göndərərək, Avropa İnsan Haqları Konvensiyasının səmərəli icrasına dair izahat istəmişdi. Həmin hökumətlərdən xahiş olunmuşdu ki, belə iddialara dair rəsmi araşdırmalara aydınlıq gətirsin.


Azərbaycan hökuməti bu il aprelin 13-də Terri Devisin sorğusuna cavab verib. Cavabda deyilirdi ki, «Aviasiya haqqında» qanuna görə, başqa ölkəyə məxsus mülki təyyarə Azərbaycan ərazisindən yalnız həmin ölkəylə mövcud beynəlxalq müqaviləyə uyğun olaraq uçuş edə bilər. Əks halda, belə uçuşlar Azərbaycanın dövlət sərhədini pozmuş sayılır.


Cavabda o da vurğulanırdı ki, Azərbaycan ərazisində AŞ-ın əlavə sorğusunda göstərilən tipli cinayət hadisəsi baş verməyib və bu cür cinayət halları da araşdırılmayıb.


XS
SM
MD
LG