Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Xəbərlər


Rəşid Behbudovun ölümündən 17 il ötdü


Bütün həyatını musiqiyə, özəlliklə Azərbaycan xalq mahnılarının təbliğinə həsr etmiş bu müğənni hələ sağlığında şöhrətin zirvəsinə çatmış, təkcə mənsub olduğu xalqın deyil, dünya xalqlarının sevimlisinə çevrilmişdi. Bənzərsiz səsi, misilsiz ifası və milyonlarla sənət heyranına son yadigarı – Mahnı Teatrı Rəşid Behbudovun adını bu gün də yaşadır.



Apaçilər Qala kəndini fəth etdilər


Özlərinə «Sarı quşlar» adını qoymuş Arizona hindularının Qala kəndindəki konserti apaçilərin daha bir özəlliyini üzə çıxardı - onlar da qalalılar kimi özəl adətlərini yaşatmaqdan həzz alırlar. Azərbaycan xalq rəqslərinin bəzi çalarları hindu çılğınlığıyla birləşib seyrçiləri heyran etdi. Apaçilərin bir çox beynəlxalq festivallara yaraşıq vermiş «Sarı quşlar»ı uzun müddət qalalıların, elə bu konserti izləyən bütün seyrçilərin yaddaşından silinməyəcək.



«Məşədi İbad Moskvada çay içir»


Bakının Vəcihə Səmədova adına Sərgi Salonunda «Rusəsilli rəssamlar Azərbaycanda» adlanan ekspozisiya açılıb! Qrafika, boyakarlıq və tətbiqi sənət örnəklərini əks etdirən 70-dən çox əsər sənətsevərlərin ixtiyarına verilib. İrina Qundorinanın «Məşədi İbad çay içir» pannosu öz rəng sayrışmasıyla dərhal diqqəti çəkir. Bu panno məxsusi olaraq Moskvada yerləşən «Starıy qorod»-- «Köhnə şəhər» kafesi üçün çəkilib. Sərgidə bütövlükdə 50 rəssamın yaradıcılıq örnəkləri əksini tapıb.
XS
SM
MD
LG