Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:10

Gürcüstanda rus gəncini təxribat törətmək ittihamıyla tutublar


Gürcüstan daxili işlər nazirliyi məlumat yayıb ki, Cənubi Osetiyadan Gürcüstana keçib təxribat törətmək istəyən rus gəncini həbs eləyiblər.
Məlumatda qeyd olunur ki, saxlanan şəxs Rusiyanın Kreml meylli “NAŞİ” gənclər hərəkatının üzvü Aleksandr Kuznetsovdur.

Kuznetsov özüylə bərabər bir qrup gəncin XCənubi Osetiya-Gürcüstan sərhədini keçməsini təşkil eləməyə və sonradan təxribat törətməyə hazırlıq görməkdə ittiham olunur. Gürcü tərəfinin yaydığı məlumata görə, təxribat planına görə, gənclərlə birgə sərhədi keçməli olan hərbi geyimli silahlı adamlar Gürcüstan ərazisinə doğru təş açaraq- vəziyyəti gərginləşdirmək istəyiblər.

Rusiya Xarici İşlər nazirliyi bidlrib ki, hələ ki məlumat onlara yeni daxil olub, və heç bir şərh verə bilməzlər. Amma NAŞİ hərəkatından bildiriblər ki, Kuznetsov sadəcə Cənubi Osetiyadan Tbilisə sülhü dəstəkləmək üçün yürüş keçirməyə çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG