Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:37

Rusiya və Gürcüstan arasında danışıqların tarixi bəlli oldu


Rusiya və Gürcüstan arasında beynılxalq vasitəçilərin iştirakıyla danışıqlar gələn ay keçiriləcək. BMT, Avropa Birliyi və ATƏT-in yaydığı birgə məlumatda qeyd olunur ki, danışıqlar mayın 18-19-da, İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Rusiya və Gürcüstan arasındakı ötən ilin avqustundakı müharibədən sonra başlanan danışıqların növbəti mərhələsində Abxaziya və Cənubi Osetiya separatçı bölgələrinin, həmçinin ABŞ-ın nümayənədləri iştirak eləyəcək.

Bugünə kimi keçirilən danışıqlarda hələ ki, sözügedən Abxaziya və Cənubi Osetiya münqaşilərinin həlliylə bağlı konkret irəliləyişlər əldə olunmayıb. Bu üzdən danışıqlarda əsasən gündəlik təhlükəsizlik və humanitar məsələlər müzakirə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG