Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:19

ABŞ ordusnun zabiti 4 iraqlının ölümünə görə ömürlük həbs cəzası aldı


Aprelin 16-da ABŞ Ordusnun zabiti 4 İraqlı məhbusun ölümündə günahkar bilinib. Almaniyada, Vilsek şəhəindəki ABŞ hərbi bazasındakı hərbi məhkəmənin qərarıyla Baş serjant Con Hetli ömürlük həbs cəzasına məhkum edilib.

Bağdad yaxınlığında 4 İraqlı məhbusu 2007-ci ilin yazında əllərini və gözlərini bağlayaraq güllələmişdilər. İraqlıları yaraqlılarla əməkdaşlıq ittihamıyla həbs eləmişdilər.

Bu cinayətdə iştiraka görə daha öncə ABŞ Ordusunun iki əsgəri də hərbi tribunala çıxarılmışdı. Əsgərlərdən birinə ömürlük həbs cəzası, o birinə isə 35 il həbs cəzası verilmişdi.
XS
SM
MD
LG