Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

NATO Gürcüstandakı hərbi təlimi təxirə salmayacaq


NATO Gürcüstanda keçirməyi planlaşdırdığı təlimləri təxirə salmaq fikrində deyil. Təlimlər nəzərdə tutulduğu vaxtda - mayın 6-dan iyunun 1-nə kimi keçiriləcək.

Aprelin 16-sı səhər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov NATO-ya müraciət eləmişdi ki, bu təlimləri ya ləğv eləsinlər, ya da təxirə salsınlar. Lavrovun fikrincə, sözügedən təlimlər bölgədəki mürəkkəb vəziyyəti daha da gərginləşdirə bilər.

NATO-nun sözçüsü Robert Pzçel isə Brüsseldə aprelin 16-da deyib ki, uzun müddət əvvəldən planlanan həmin təlimləri təxirə salmaq haqda fikirləşmirlər.

NATO-nun sözçüsü vurğulayıb ki, həmin təlimlər terrorizmlə mübarizəni təkmilləşdirmək məqsədiylə həyata keçirilir. Rusiyanın narahatlığı əsassızdır. Çünki, təlimlərdə ağır artilleriya və tanklardan istifadə olunmayacaq.

Robert Pzçel əlavə eləyib ki, həmin təlimlərdə hətta Rusiya da iştirak eləyə bilər. Əgər, mayın 6-na qədər lazım olan bütün işlərini tamamlaya bilərsə.
XS
SM
MD
LG