Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05

Azərbaycan ordusunun əsgəri vəfat edib


Aprelin 15-də Azərbaycan ordusunun əsgəri vəfat edib. Bu barədə «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teymur Abdullayev bildirib.

O, deyib ki, Ağdam rayon Hərbi Komissarlığından əsgəri xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Şirinov Ruslan Firdovsi oğlu bir neçə gün idi hərbi hospitalda pnevmoniya xəstəliyindən müalicə olunurdu:

«Əsgər Şirinov Ruslan Firdovsi oğlu ayın 15-də hərbi hospitalda pnevmoniya xəstəliyindən vəfat edib. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb».

Cənab Abdullayev pnevmaniya xəstəliyi ilə əlaqədar hərbi hospitala başqa əsgərlərin yerləşdirilməsi barədə onlarda dəqiq məlumat olmadığını deyir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, 2009-cu ilin 4 ayı ərzində Azərbaycanın 20-yə yaxın hərbi qulluqçusu həlak olub. Onların yalnız 9 nəfəri düşmən gülləsindən, qalanları xəstəlik, nizamnamə qaydalarının kobud şəkildə pozulması və digər hadisələrdən dünyasını dəyişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG