Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:04

O biri «bir millət, iki dövlət» prezident davasına keçdi


Moldovalıların seçkilərin nəticələrinə etiraz aksiyalarından biri, 12 aprel 2009
Moldovalıların seçkilərin nəticələrinə etiraz aksiyalarından biri, 12 aprel 2009
Bu gün bir xəbər Moldovanı bir-birinə vurub - Avropa Birliyinin üzvü Rumıniya kasıb Moldovanın 1 milyon sakininə vətəndaşlıq vermək istəyir.

Bunu Rumıniya prezidenti Trayan Basesku Londonun «Financial Times» qəzetinə müsahibəsində deyib.

Plan rumın mənşəli moldovanlara Rumıniya vətəndaşlığı verilməsini nəzərdə tutur. Ancaq «bir millət, iki dövlət» fikri eynilə, bəlkə də daha çox moldovanlara və rumınlara aiddir. İndi Moldovada rumın mənşəli olmayanı tapmaq çox çətin olacaq. Cəmi 70 il bundan qabağa qədər Moldova Rumıniyanın bir hissəsi idi. Onu faktiki olaraq SSRİ Rumıniyadan qoparmışdı.

1 milyon moldovan Moldova əhalisinin 25 faizi deməkdir. Bir günün içində kim Avropa Birliyi vətəndaşı olmaq istəməz?

Basesku 1 milyon rəqəmini hardan götürdüyünü isə Rumın televiziyasına belə izah edib. O deyib ki, son illər Moldovadakı Rumıniya səfirliyinə 650 min moldovan müraciət edib ki, Rumıniyaya emiqrasiya etsin, vətəndaşlıq alsın.
Onlardan bəziləri öz ailəsi adından müraciət edib. Bunu nəzərə alanda, prezidentin fikrincə, elə bir milyon düzəlir.

Basesku «Finacial Times» qəzetinə onu da deyib ki, vətəndaşlıq vermə təcili məsələdir.

Baseskunun yeni planının Rumıniya ilə Moldova arasında münasibətləri kəskinləşdirəcəyi gözlənilir.

Moldova hakimiyyəti 5 aprel parlament seçkilərindən sonra küçə nümayişlərinin təşkilində onsuz da Rumıniyanı ittiham edirdi.

Dünən isə Moldova prezidenti Vladimir Voronin şəxsən Baseskunun adını çəkmişdi və demişdi ki, baş verənlər «hökumət səviyyəsində əvəz çıxma nümunəsidir». O demişdi ki, Moldovadakı qarışıqlıqda Baseskunun və digər rumın rəsmilərinin əli var.

DPA agentliyi Rumıniya prezidentinin hərəkətini 1991-ci ildə müstəqillik qazanandan bəri Rumıniyanın dost və qardaş Moldovanı ilk dəfə sınağa çəkməsi adlandırır.
XS
SM
MD
LG