Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

Türkmənistan Xəzərdə neft-qaz çıxarmağa alman şirkətini dəvət elədi


Türkmənistan Almaniya şirkətinə Xəzərin özünə aid hissəsində neft-qaz araşdırmaları aparmaq hüququ verib. Prezident Qurbanqulu Berdumuhammedov bildirib ki, Nabukko layihəsinin də iştirakçısı olan Almaniyanın RWE şirkətiylə aprelin 16-da saziş bağlanıb.

Ötən həftə Türkmənistan rəsmiləri Rusiyaya gedən qaz kəmərindəki partlayışa görə QAZPROM-u ittiham eləyəndən sonra Rsiaya qaz ixracı dayandırılıb.

Türkmənistan Prezidenti Berdumuhammedov aprelin 16-da həm də ABŞ-ın Dövlət Katibinin Orta Asiya məsələləri üzrə yardımçısı Riçard Bauçerlə də görüşüb. Görüşdə enerji məsələləri və islahatlar müzakirə edilib.
XS
SM
MD
LG