Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Rusiya Gürcüstandakı NATO təlimlərini təxirə salmağa çağırır


Rusiya NATO-nu Gürcüstanda planlaşdırdığı hərbi təlimləri təxirə salmağa çağırıb. Xarici İşlər naziri Sergey Lavrov İnterfax agentliyinə deyib ki, May 6-dan iyunun 1-nə kimi keçirilməsi nəzərdə tutulan bu təlimlər bölgədəki onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin isə daha öncə bu təlimləri təxribat adlandırmışdı.

May ayına planlaşdırılan təlimlər NATO-nun Rusiyayla münasibətləri düzətlmək cəhdləri ilə eyni vaxta təsadüf eləyib. Ötən ilin avqustundakı Rusiya-Gürcüstan savaşından sonra münasibətlər pozulmuşdu.
XS
SM
MD
LG