Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

“Şərq”: “Daha bir seçki”


“Yeni Müsavat” qəzetinin əməkdaşı yazır ki, Rusiyanın “Reqnum” Agentliyinin verdiyi məlumata görə, İlham Əliyevlə Robert Koçaryan arasında növbəti görüş “böyük səkkizlər”in gələn ay Sankt-Peterburqda keçiriləcək sammiti zamanı ola bilər. Sammit iyulun 15-də başlayacaq və üç gün davam edəcək. Məlumata görə, Koçaryanın həmin sammitə dəvət olunacağı gözlənilir. Ehtimal olunur ki, cənab Əliyev də məhz “böyük səkkisizlər”in sammiti çərçivəsində bəzi görüşlər keçirmək və Qarabağ məsələsini müzakirə etmək üçün Rusiyaya dəvət olunub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin sammitin gündəliyinə daxil edilməsi isə artıq bəllidir.


“Şərq” qəzetindəki “Da­ha bir seç­ki” başlıqlı məqalədə ok­tyab­rın 6-da ke­çi­ri­lə­cək tək­rar, əla­və və ilk bə­lə­diy­yə seç­ki­lə­ri şərh olunub. Müəllif yazır ki, Azər­bay­can­da bə­lə­diy­yə sis­te­mi ye­ni ol­du­ğu­na gö­rə, bu sis­te­min özü­nü tam doğ­rult­du­ğu­nu söy­lə­mək çə­tin­dir. Bə­lə­diy­yə­nin nə de­mək ol­du­ğu hə­lə ic­ti­mai şüu­ra ki­fa­yət qə­dər otur­ma­yıb, bə­lə­diy­yə hər bir və­tən­da­şın hə­ya­tın­da öz ro­lu­nu gös­tə­rə bil­mə­yib, ən nə­ha­yət, bə­lə­diy­yə­lər öz əra­zi­lə­ri­nin so­si­al prob­lem­lə­ri­ni həll et­mə­yə qa­dir qu­rum ki­mi özü­nü la­zı­mın­ca təs­diq­lə­yə bil­mə­yib. Müəllifin fikrincə, bə­lə­diy­yə­lə­rin fəa­liy­yə­ti ki­fa­yət qə­dər qa­ba­rıq ol­ma­dı­ğın­dan ok­tyab­rın 6-da nə­zər­də tu­tu­lan seç­ki­lə­rin in­san­la­rın cid­di ma­raq dai­rə­sin­də ol­du­ğu­nu söy­lə­mək çə­tin­dir. Söz­süz ki, bu seç­ki­lər­də əha­li­nin ak­tiv­li­yi nə­zə­rə­çar­pa­caq də­rə­cə­də aşa­ğı proq­noz­laş­dı­rı­la bi­lər.


“525-ci qəzet” xəbər verir ki, dünya ölkələri üzrə hərbi xərclərin müntəzəm monitorinqini keçirən Beynəlxalq Sülh və Təhlükəsizlik Tədqiqatları İnstitutu bu günlərdə özünün 2005-ci ilin yekunları ilə bağlı yeni hesabatını açıqlayıb. Hesabata görə, ötən il dünyada hərbi xərclərə ayrılan vəsaitin ümumi həcmi rekord göstəriciyə - 1 trilyon 118 milyard dollara çatıb. Sənəddə qeyd olunur ki, son illər dünya bazarında neftin sürətlə bahalaşması bir sıra neft ixracatçılarına hərbi büdcələrini də ciddi şəkildə artırmağa imkan verib. Hesabatda bu ölkələr arasında Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı və Əlcəzair ön sıralarda göstərilir. Sənədə görə, Ermənistanda sözügedən müddətdə hərbi xərclər cəmisi 23 faiz artıb. 2005-ci ildə bu ölkənin hərbi büdcəsinin təxminən 120 milyon dollar təşkil etdiyi bildirilmişdi.


XS
SM
MD
LG