Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:40

Çeçenistanda antiterror əməliyyatı rejimi başa çatıb


Rusiya Çeçenistandakı antiterror əməliyyatı rejimini ləğv edilib.

Rusiya xəbər agentlikləri Rusiyanın Milli Antiterror Komitəsinə istinadla bu məlumatı yayıb.

Komitənin bəyanatında deyilir ki, rejimin ləğvi prezidenti Dmitri Medvededvin göstərişidir və məqsəd Şimali Qafqaz respublikasında vəziyyəti normallaşdırmaqdır.

Komitə bildirib ki, Çeçenistanda terrorla mübarizə digər regionlarında qüvvədə olan ümumi qaydalara uyğun aparılacaq.

1999-cu ildən Çeçenistan antiterror əməliyyatı rejimi zonası elan edilib.
XS
SM
MD
LG